...

Azərbaycan hərbi potensialını daxili istehsal hesabına maksimum dərəcədə gücləndirməyə cəhd edəcək - prezident İlham Əliyev

Siyasət Materials 26 İyun 2008 13:56 (UTC +04:00)
Azərbaycan hərbi potensialını daxili istehsal hesabına maksimum dərəcədə gücləndirməyə cəhd edəcək - prezident İlham Əliyev

Azərbaycan, Bakı, 26 iyun/ Trend / Güclənən iqtisadiyyat və yüksələn maddi rifah Azərbaycana daima hərbi xərcləri artırmaq imkanı verir və bu, gələcəkdə də davam etdiriləcək. Bu barədə çümə axşamı Silahlı Qüvvələrin yaradılmasının 90 illik yubileyi münasibətilə hərbçilər qarşısında çıxış edən prezident İlham Əliyev bildirib.

Onun sözlərinə görə, ölkədə müasir standat və tələblərə cavab verən hərbi-sənaye kompleksi yaradılır.

Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan hərbi məhsulları dost ölkələrdən alır, lakin öz hərbi potensialını daxil istehsal hesabına maksimum dərəcədə gücləndirməyə cəhd etməlidir. "Bunun üçün bütün imkanlar var və bu sahə üzrə xərclər hər il artırılacaq", - deyə prezident bildirib.

İlham Əliyev Azərbayacanın ümummilli lideri Heydər Əliyevin ölkənin hərbi-texniki potensialının yaradılmasında olan böyük rolunu vurğulayıb. 1993-cü illə müqayisədə ölkədə hərbi xərclər 10 dəfədən artıq artırılıb və prezidentin sölərinə görə, bu sahənin maliyyələşdirilməsinin artırılması ölkənin və Azərbaycan xalqının ən ümdə vəzifəsidir.

Ölkə başçısı hərbçilərin sosial, məişət şəraitlərinin daim yaxşılaşdırılacağını qeyd edərək, dünən verilmiş sərəncamla onların əmək haqlarının 2 dəfə artırılmasını nəzərə çatdırıb.

Prezident bildirib ki, ölkənin rifahının yaxşılaşdırılması təkcə hərbi sahəni deyil, həm də digər sahələri, o cümlədən sənaye, təhsil, tibb və s. sahələri də yaxşılaşdırmağa imkan verir.

Ali Baş Komandan qeyd edib ki, hərbi hissələrdə, o cümlədən cəbhə bölgələrində yerləşən hissələrdə olan zaman Azərbaycan hərbçilərinin peşəkarlıq və döyüş ruhunun yüksəldiyinin şahidi olub.

Onun sözlərinə görə, bu günkü paradda ölkənin hərbi texnikasının yalnız bir qismi nümayış olunur.

Bu gün keçirilən hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin 4510 nəfərdən ibarət şəxsi heyəti iştirak edir. Eyni zamanda, parada 210 ədəd modernləşdirilmiş döyüş texnikası, 19 vertolyot, 25 təyyarə, 31 gəmi və kater çıxarılıb.

Xəbər lenti

Xəbər lenti