...

Azərbaycan Ədliyyə Nazirliyi sistemində yeni təyinat olub

Siyasət Materials 27 İyun 2008 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinə yeni rəis təyin olunub.

Nazirliyin informasiya şöbəsinin rəisi Aydın Ağazadə cümə günü Trend -a bildirib ki, Səbail rayon Polis İdarəsinin rəisi Xanlar Zeynalov ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Baş İdarəyə rəis təyin olunub.

Ağazadə bildirib ki, Baş İdarənin əvvəlki rəsi Hüseyn Əlixanov ötən il Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini təyin olunduqdan sonra onun səlahiyyətlərini müvəqqəti olaraq müavinləri icra edib.

Məhkəmə İcraçıları Baş İdarəsi əvvəllər Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsi adlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Səbail RPİ-yə hələlik yeni rəis təyin olunmayıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti