...

MDB müdafiə nazirləri Bişkekdə toplanır

Siyasət Materials 1 İyul 2008 18:41 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 01 iyul/ Trend , müxbir R.Məşədihəsənli/ İyulun 2 - də MDB ölkələri müdafiə nazirlərinin Bişkekdə görüşü keçiriləcək. Qırğızıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend -a bildiriblər ki, iyulun 2-də toplantıdan əvvəl MDB nazirləri və nümayəndə heyətini Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev qəbul edəcək.

MDB müdafiə nazirlərinin birgünlük toplantısında regional təhlükəzislik və əməkdaşlığa dair məsələlər müzakirə olunacaq.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyəti artıq Qırğızıstandadır. 

Xəbər lenti

Xəbər lenti