...

Azərbaycanın Teleradio Şurası müxalifətin mövqeyini əsassız sayır

Siyasət Materials 3 İyul 2008 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycan müxalifətinin seçki kampaniyası zamanı dövlət televiziyasının (Az.TV) "Xəbərlər" proqramında ölkə prezidenti ilə bağlı materiallar verməməsini tələb etməsi doğru deyil. "Ölkə başçısının keçirdiyi görüşlər, tədbirlər rəsmi xəbərlər kimi qəbul ediləcək", cümə axşamı Trend -a MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trend -un arayışı: İyunun 2-də Milli Məclis Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Dəyişikliklərdən biri ondan ibarətdir ki, bundan sonra dövlət KİV-ləri seçki təbliğatı apara bilməz. Bir sıra müxalifət partiyaları hesab edir ki, Az.TV-də "Xəbərlər" proqramında hakim Yeni Azərbaycan Partiyasının namizədi, hazırki dövlət başçısı İlham Əliyevlə bağlı materiallara məhdudiyyət tətbiq olunmalıdır.

Məhərrəmli vurğulayıb ki, Az.TV-də rəsmi xəbərlərin verilməsini qadağan etmək doğru deyil. "Amma materiallarda namizədin təbliğatı aparılarsa, buna başqa aspektdən yanaşılacaq. Ölkə başçısının keçirdiyi görüşlər onun fəaliyyəti ilə bağlıdır və rəsmi xarakter daşıyır. Bir də var ki, sırf təbliğat məqsədi ilə bağlı material hazırlanır. Bunları bir-birindən ayırmaq lazımdır və MTRŞ bu məsələlərə nəzarət edəcək", - deyə Məhərrəmli bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti