...

Azərbaycan Prezidenti Gəmiçilik səhəsində fərqlənənlərin bir qrupunu təltif edib

Siyasət Materials 4 İyul 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend / Prezident İlham Əliyev cümə günü Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 150 illiyi ilə əlaqədar bir sıra sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Gəmiçilik sahəsində texnikanın inkişafı və tətbiqində xidmətlərinə görə Fazil Qəhrəmanov "Əməkdar mühəndis", Təhsil sahəsində xidmətlərinə görə Hamlet Mehdiyev "Əməkdar müəllim" fəxri adına layiq görülüblər.Prezidentin başqa bir sərəncamı ilə, gəmiçilik səhəsində səmərəli fəaliyyətinə görə 12 nəfər "Tərəqqi" medalı ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti