...

Azərbaycanın Dövlət Yol Polisi İdarəsi yol kənarında səyyar avtomobil satışı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib

Siyasət Materials 10 İyul 2008 13:40 (UTC +04:00)
Azərbaycanın Dövlət Yol Polisi İdarəsi yol kənarında səyyar avtomobil satışı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib

Azərbaycan, Bakı, 10 iyul/ Trend , müxbir K.Zərbəliyeva/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsi yol kənarında səyyar avtomobil satışı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib. Bu barədə cümə axşamı Trend -a Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Trend -un arayışı: Son 5 ildə əsasən paytaxt Bakıda yol kənarında səyyar avtomobil satışı ilə məşğul olan mərkəzlər çoxalıb. Bu da paytaxtda tıxacların yaranmasına səbəb olur.

İdarənin mətbuat xidmətindən bildiriblər ki, yol kənarındakı səyyar avtomobil satışları yolların ötürmə qabiliyyətinin azalmasına, tıxacların yaranmasına, eləcə də piyadaların təhlükəsiz və rahat hərəkətinə maneələr yaradır. "Avtomobillərin səyyar satışı yalnız müvafiq icra orqanları tərəfindən ayrılmış ərazilərdə həyata keçirilə bilər, əks təqdirdə avtomobillər məcburi qaydada yığışdırılaraq sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq ciddi tədbirlər görüləcək" məlumatda bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti