...

Azərbaycan prezidenti "Biometrik informasiya haqqinda" qanunun tədbiqi barədə sərəncam imzalayıb

Siyasət Materials 12 İyul 2008 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul/ Trend / Azərbaycan prezidenti İlham Əliyev "Biometrik informasiya haqqinda" qanunun tədbiqi barədə sərəncam imzalayıb.

Dövlət başçısı Nazirlər Kabinetinə tapşırıb ki, qüvvədə olan qanunvericilik aktlarının həmin qanuna uyğunlaşdırılması barədə təkliflərini prezidentinə təqdim etsin.

Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsinə dair təkliflərini prezidentinə təqdim etsin.

Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi qaydalarını təsdiq etsin və bu barədə prezidentinə məlumat versin.

Xəbər lenti

Xəbər lenti