...

ATƏT Azərbaycandakı prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 25 İyul 2008 12:50 (UTC +04:00)
ATƏT Azərbaycandakı prezident seçkilərini müşahidə edəcək

Azərbaycan, Bakı, 25 iyul/ Trend , müxbir E.Babayev/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsi (ATƏT/DTİHİ) Azərbaycanda qarşıdan gələn prezident seçkilərini müşahidə edəcək. "ATƏT/ DTİHİ 30 uzunmüddətli və 450 qısamüddətli standart müşahidəçi qrupunun Azərbaycana göndərilməsini tövsiyə edib", cümə günü Trend -a ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose Luis Herreronun adından daxil olan bəyanatda bildirilir.

Azərbaycanda prezident seçkisinin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur.

Herrero bildirib ki, ATƏT/DTİHİ qarşıdan gələn prezident seçkilərini izləmək üçün normal hazırlıq prosesini davam etdirir. "İyun ayında DTİHİ Azərbaycanda qiymətləndirmə missiyasını həyata keçirib və onun nəticələri artıq nəşr olunub. Azərbaycan hökuməti də artıq bəyan edib ki, DTİHİ-nin Seçkilərin Müşahidəsi Missiyası müsbət qarşılanacaq", - deyən Herrero ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) Azərbaycandakı prezident seçkilərini izləməyəcəyi barədə bəyanatına da ayıdınlıq gətirib. "ATƏT PA-nın prezidenti cənab Joao Soares bunu rəhbərlik etdiyi qurumun diqqəti əsasən parlament seçkilərinə yönəltməsi və ATƏT ərazisində bütün seçkiləri izləmək üçün ATƏT PA-nın kifayət qədər insan resurslarına malik olmaması ilə izah edib", - Herrero bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti