...

Dünya Azərbaycanlıları Konqresi yeni nümayəndəlik açacaq

Siyasət Materials 25 İyul 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul/ Trend , müxbir C.Babayeva/ Yaxın vaxtlarda Gürcüstanda Dünya Azərbaycanlıları Konqresinin (DAK) nümayəndəliyi açılacaq.

Nümayəndəliyin açılmasında məqsəd bu ölkədə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının fəaliyyətini koordinasiya etməkdir. Bu barədə Trend -a cümə günü DAK-ın Koordinasiya və İnformasiya Mərkəzinin rəhbəri Əlirza Amanbəyli məlumat verib.

Onun sözlərinə görə, DAK-ın İdarə Heyətinin üzvləri bu məsələni müzakirə etmək üçün iyulun 26 -28 - də Gürcüstanın dövlət rəsmiləri və parlamentariləri ilə bir sıra görüşlər keçirəcəklər. "Gürcüstanda Azərbaycanın diaspor təşkilatlarının iclası keçiriləcək və Gürcüstanda yaşayan azərbaycanlıların sosial problemləri müzakirə olunacaq", - Amanbəyli söyləyib.

Amanbəylinn sözlərinə görə, gələcəkdə DAK Gürcüstan azərbaycanlılarının diaspor təşkilatlarına texniki yardım göstərmək niyyətindədir. "DAK-ın fəaliyyətinin əsas istiqamətlərindən biri bu ölkədə yaşayan azərbaycanlıların problemlərini beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır", - o qeyd edib.

DAK 1997- ci ildə ABŞ - da yaradılıb. Konqresin fəaliyyəti dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi və Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə yönəlib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti