...

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları həbs olunub

Siyasət Materials 28 İyul 2008 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı,28 iyul / , müxbir K. Zərbalıyeva/ Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin "Sənayecihaz" Elm -İstehsalat Birliyinin əməkdaşları həbs olunub.

Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Birliyin anbarından 630 kiloqram "Titan S-300" markalı xammalın oğurlanması faktı üzrə saxlanılan Yasin Ələsgərov, Etibar Həsənquliyev, Akif Məsimov və Türkiyə vətəndaşı, Bakı şəhərində metal qəbulu məntəqəsində işləyən Bilal Hakki və fakt üzrə toplanılmış materiallar sonrakı araşdırmalar üçün Daxili İşlər Nazirliyinə təhvil verilib.

Araşdırmalar zamanı oğurlanmış xammalın Türkiyədə satıldığı məlum olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti