...

İran, Ermənistan,Türkiyə və Azərbaycan regionda mühüm potensiala malikdir – İranın XİN rəhbəri

Siyasət Materials 30 İyul 2008 11:58 (UTC +04:00)
İran, Ermənistan,Türkiyə və Azərbaycan regionda mühüm potensiala malikdir – İranın XİN rəhbəri

Azərbaycan, Bakı, 30 iyul / Trend / İran, Ermənistan, Türkiyə və Azərbaycan regionda mühüm potensiala malikdir və bu ölkələr arasında münasibətlərin yaxşılaşdırılması ölkələrin inkişafı üçün zəruridir. - deyə İranın XİN rəhbəri Mənuçöhr Müttəki bu gün Ermənistanın XİN rəhbəri Qərib Canyanla görüşündə bildirib. Bu barədə İranın "İRNA" agentliyi məlumat yayıb.

Ermənistanın XİN rəhbəri Bitərəf Dövlətlər Hərəkatına (BDH) üzv olan ölkələrin 15-ci iclasında müşahidəçi kimi iştirak etmək üçün Tehrana səfər edib.

Müttəki Ermənistanın XİN rəhbəri ilə görüşündə bu ölkənin müşahidəçi kimi BDH-nin 15-ci iclasında iştirakından məmnunluq duyduğunu söyləyib. O əlavə edib ki, BDH-nin 15-ci iclasının şüarı "Sülh və ədalət naminə birlikdir"dir və bu, həm müşahidəçi kimi iştirak edən ölkələr, həm də üzv ölkələr üçün dəyərlidir.

İranın XİN rəhbəri İran və Ermənistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O, iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün yaxşı addımlar atılmasına təkid edib.

Ermənistanın XİN rəhbəri Canyan da öz növbəsində iki ölkə arasında əlaqələrin genişlənməsinə təkid edib. O, İran və Ermənistan müştərək iqtisadi komissiyalarının iclasının keçirilməsinə Ermənistanın hazır olduğunu qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti