Azərbaycan, Bakı, 02 avqust / Trend / İran polisi Tehran şəhərinin cənubunda 13 kiloqram pisxotrop maddə olan metafetamin (şüşə) yükü aşkar edərək götürüb. Tehran Polis Mərkəzinin sədri, general Mehdi Əhmədi bildirib ki, cümə axşamı minik maşınından aşkarlanan bu pisxotrop maddənin ümumi dəyəri 1 milyard 500 milyon dollar təşkil edir. Keçən il ərzində Tehranın cənubunda aparılan əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 660 ton narkotik maddə aşkar edilərək götürülüb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]