...

Türkiyənin paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib

Siyasət Materials 5 Avqust 2008 12:42 (UTC +04:00)
Türkiyənin paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib

Türkiyə, Ankara, 05 avqust/ Trend , müxbir A.Ələsgərov/ Türkiyə polisi ölkənin paytaxtı Ankarada təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxtın dörd istiqamətində müxtəlif giriş-çıxışlarında bütün günü şübhəli nəqliyyat vasitələrinə baxış keçirilir.

Şəhər avtobuslarında da nəzarət gücləndirilib və zərurət yarandığı halda baqajlara baxış keçirilir. Şəhərin müxtəlif rayonlarında stasionar polis postları qurulub. Hüquq-mühafizə orqanları paytaxt əhalisinin daha sıx olduğu yerlərdə, xüsusilə də  Qızılay və Ulus mərkəzi rayonlarında patrul nəzarətini gücləndiriblər.

Polisə İstanbulun Güngərən rayonunda baş vermiş partlayışa bənzər partlayışın paytaxtda mümkünlüyü barədə məlumat daxil olub.

Xəbər lenti

Xəbər lenti