...

Rusiya Gürcüstanın ərazi bütövlüyünü şübhə altına almır – Rusiyanın Azərbaycandakı səfiri (video)

Siyasət Materials 11 Avqust 2008 13:37 (UTC +04:00)
Rusiya Gürcüstanın ərazi bütövlüyünü şübhə altına almır – Rusiyanın Azərbaycandakı səfiri (video)

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir C.Babayeva/ Rusiya Gürcüstanın ərazi bütövlüyünü şübhə altına almır. Bu barədə bazar ertəsi jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov tanınmamış Cənubi Osetiyadakı son hərbi əməliyyatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, Cənubi Osetiya əhalisinin təqribən 80 faizi Rusiya pasportuna malikdir və Rusiyanın öz vətəndaşlarına köməyə gəlməkdən başqa çıxış yolu olmayıb.

Rusiyalı diplomatın sözlərinə görə, hazırda Tsxinvalidə elektrik və içməli su yoxdur, şəhərin infrastrukturu dağıdılıb. "Tsxinvalinin bərpası üçün xeyli vaxt və vəsait tələb olunur", - deyə İstratov bildirib.

Səfir həmçinin bildirib ki, Cənubi Osetiya hadisələri ilə bağlı Bakının mövqeyi Rusiya tərəfinə aydındır və bu barədə RF-nin müvafiq instansiyalarına məlumat ötürülüb.

"Cənubi Osetiyadakı vəziyyət regiondakı bütün digər münaqişələrə mənfi təsir göstərir. Gürcüstan həmişə güc tətbiq edilməməsinə dair müqavilənin imzalanmasından boyun qaçırıb", - deyə İstratov bildirib.

İstratovun sözlərinə görə, Rusiyanın Azərbaycandakı səfirliyi hazırda normal iş rejimində fəaliyyət göstərir və diplomatik nümayəndəliyin cədvəlinin dəyişdirilməsinə səbəb yoxdur.

Xəbər lenti

Xəbər lenti