...

Azərbaycanda keçiriləcək seçkilərdə ictimai fəallığın artırılması məqsədilə QHT koalisiyası yaradılıb

Siyasət Materials 13 Avqust 2008 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir E.Babayev/ Azərbayanda keçiriləcək prezident seçkilərində ictimai fəallığın artırılması məqsədilə bu gün "Seçki 2008" QHT koalisiyası yaradılıb.

Trend -un məlumatına görə, koalisiya "İnam" Plüralizm Mərkəzinin sədri Vahid Qazi, Multimedia İnformsiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu, KASKFEN sədri Azər Həsrət tərəfindən təsis olunub.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər 12 prezidentliyə iddialı seçkilərə qatılmaq üçün sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Təsisçilər çərşənbə günü keçirdikləri mətbuat konfransında bəyan ediblər ki, onlar bəzi müxalifət partiyalarının seçkiləri boykot etməsinin əleyhinədirlər.

"Belə bir çətin durumda cəmiyyətdə seçki fəallığını artırmaq, seçkilərə ictimai nəzarəti gücləndirmək üçün vətəndaş cəmiyyəti təmsilçilərinin daha fəal olması günün tələbinə çevrilib", - deyə koalisiyanın koordinatoru Vahid Qazi bildirib. Onun sözlərinə görə, koalisiya həmçinin prezident seçkilərinin keçirilməsinə ictimai nəzarəti təşkil edəcək, seçki prosesinin monitorinqini aparacaq, hesabatlar hazırlayaraq yerli və beynəlxalq səviyyədə yayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti