Azərbaycan, Bakı, 14 avqust / , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının (MR) Bakıdakı nümayəndəliyinin əməkdaşının evi qarət edilib.
Xətai rayon Polis İdarəsinin (RPİ) 37- ci polis bölməsindən cümə axşamı Trend -a verilən məlumata görə, dünən Rusiya Federasiyasının Dağıstan MR-nın Bakıdakı nümayəndəsinin köməkcisı, Bakı sakini Ryabov Sergey polisə müraciət edərək, avqustun 8 -dən 9-dək ,evində olmadığı müddətdə naməlum şəxsin Xətai rayonunun Mehdizadə kücəsi, ev 28, mənzil 13 ünvanına daxil olaraq, oradan 200 avro, 1500 manat, 3000 dollar, 3500 rubl məbləğində pul və qızıl-zinət əşyalarının oğurladığını bildirib.
Polis bölməsindən bildiriblər ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Xətai RPİ- də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq maddəsi (177-ci) ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]