...

Amerikanın İraqdan çıxması təhlükəsizlik boşluğu yaradacaq – İran prezidenti

Siyasət Materials 15 Avqust 2008 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend / İranın perzidenti Mahmud Əhmədinejad cümə günü İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ qüvvələrinin İraqdan çıxması təhlükəsizlik boşluğu yaradacaq, bu boşluğu region ölkələri doldurmalıdır. Bu barədə İranın "İribnews" saytı məlumat yayıb.

Əhmədinejad bildirib ki, İraqın ərazi bütövlüyi və sabitliyi qonşu ölkələr üçün əhəmiyyətlidir, amma hazırda işə başlamaq üçün İranın proqramı yoxdur. Əhmədinejad bildirib ki, Amerika yaxın gələcəkdə İraqdan çıxarsa , regiondan uzaq ölkələr İraqa müdaxilə etməmilidir.

Əhmədinejad onu da qeyd edib ki, yaxın gələcəkdə qaz və işıq sahəsində Türkiyə və İran arasında planlar təkmilləşəcək.

Xəbər lenti

Xəbər lenti