Gürcüstan, Tbilisi, 19 avqust/ Trend , müxbir N.Kirtsxaliya/NATO - ya üzv ölkələrin xarici işlər nazirləri Şurası çərşənbə axşamı Gürcüstana MAP-ın verilməsi haqqında məsələ müzakirə etməyib, lakin alyansın Buxarestdə səslənən mövqeyi qüvvədə qalır. Bu barədə çərşənbə axşamı Brüsseldə, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclası başa çatdıqdan sonra Alyansın Baş katibi Yaap De Hoop Sxeffer məlumat verib.
"Gürcüstan və Ukraynaya MAP-ın verilməsi məsələsi dekabrda nəzərdən keçiriləcək və Gürcüstan-NATO komissiyasının yaradılması qarşılıqlı münasibətləri dərinləşdirməyə imkan verəcək", - o bildirib.
Gürcüstanın Cənubi Osetiyaya zərbə endirməsi məsələsinin nəzərdən keçirilib-keçirilməməsinə dair suala cavab verən NATO Baş katibi aydın şəkildə bildirib ki: "NATO Rusiya qoşunları Gürcüstan ərazisini tərk edənədək bu məsələni nəzərdən keçirmək niyyətində deyil". "Mən bütün məsələləri nəzərdən keçirməyə hazıram - lakin Rusiya öz qoşunlarını suveren dövlətin ərazisindən çıxardıqdan sonra. Təşəbbüs Rusiyanın əlindədir və o öz qoşunlarını Gürcüstandan çıxarmalıdır", - o bildirib.
"Gürcüstan NATO -nun üzvü ola bilər və düşünürəm ki, gözəl günlərin birində bu baş verəcək", - Sxeffer vurğulayıb.