...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezident vəzifəsinə daha iki iddiaçının namizədliyini təsdiqləyib

Siyasət Materials 20 Avqust 2008 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust/ Trend müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası çərşənbə günü prezident vəzifəsinə daha iki iddiaçının - işsizlər Arif Əliyev və Əli Ağaevlinin namizədliyini təsdiqləyib. Hər iki prezidentliyə iddiaçı öz namizədliklərini müstəqil şəkildə irəli sürüblər.

Bununla da namizədlikləri MSK tərəfindən təsdiqlənən prezidentliyə iddialıların sayı 16-ya çatıb. MSK-nın ötən həftənin şənbə günü keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının sədri, indiki dövlət başçısı İlham Əliyevin namizədliyi artıq qeydə alınıb.

MSK indiyədək Ümid Partiyasının sədri İqbal Ağazadənin, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim) Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi), AXCP Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəylinin, "Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyevin və "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyevin namizədliyini təsdiq edib. Bu şəxslər namizədliyin qeydə alınması üçün yaxın 10 gün ərzində ən azı 40 min imza toplamalıdırlar.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti