Gürcüstan, Tbilisi, 20 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Böyük Britaniya Gürcüstanın Aİ və NATO-ya üzvlüyünü tam dəstəkləyir. Bu barədə Böyük Britaniya XİN-nin rəhbəri Devid Milibend Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşündən sonra bildirib.
Milibendin qiymətləndirmələrinə görə, Bakradze ilə görüşdə Britaniyanın Gürcüstana və xalqına göstərə biləcəyi yardım haqqında danışılıb.
Nazirin sözlərinə görə, görüşdə siyasi proseslər, iqtisadiyyat, təhlükəsizlik məsələləri, Rusiya qoşunlarının yeridilməsi haqqında da danışılıb. "Əsas məsələ demokratiya, suverenlik və ərazi bütövlüyünün müdafiə olunması və dəstəklənməsidir", - Milibend bəyan edib.