...

Eduard Şevardnadze Putin və Medvedyevi Gürcüstanın işğalını dərhal dayandırmağa çağırıb

Siyasət Materials 21 Avqust 2008 12:48 (UTC +04:00)
Eduard Şevardnadze Putin və Medvedyevi Gürcüstanın işğalını dərhal dayandırmağa çağırıb

Gürcüstan, Tbilisi, 21 avqust / Trend , müxbir N.Kirtsxaliya/ "Gürcüstanın işğalını təcili olaraq dayandırmaq və dərhal silahlı qüvvələri onun ərazilərindən çıxartmaq lazımdır!" - bu çağırış Gürcüstanın keçmiş prezidenti Eduard Şevarnadzenin Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev və Baş nazir Vladimir Putinə ünvanladığı bəyanatda yer alıb.

"Mən tam əminəm ki, biz üçümüz də ölkələrimiz arasında dostluğun tərəfdarıyıq. Bununla belə, əminəm ki, bu azdır. Biz sadəcə tərəfdaş deyil, Gürcüstan ilə Rusiya arasında yeni dostluq münasibətlərinin ən fəal qurucuları olmalıyıq", - deyə bəyanatda bildirilir.

"Mən səksən yaşı adlamış insanam, öz qeydlərimdə dəfələrlə çox əsirli gürcü-rus münasibətlərinin bu və ya digər səhifələrinə müraciət etmişəm. İmkan verin, gələcəkdə vicdanım daxilində xalqlarımızın münasibətləri baradə yazım. İndi ən əsas məsələ sizdən asılıdır - Gürcüstanı işğal etmiş Silahlı Qüvvələri ölkə ərazisindən təcili olaraq çıxarmaq. Bu, bizə ölkələrimiz və xalqlarımız arasında ənənəvi xoş münasibətlərin bərpa edilməsi ilə məşğul olmaq imkanı verəcək. Xalqlarımızın həyati əhəmiyyətə malik mümhüm maraqları məhz belə qərarın qəbul olunmasını tələb edir - mən buna əminəm", - deyə bəyanatda bildirilir.

Eyni zamanda, keçmiş prezident bildirib ki, Gürcüstan üçün ağır olan bu günlərdə onlarla qəzet və telekanal nümayəndəsi müsahibə almaq xahişi ilə ona müraciət edib. "Əksər hallarda jurnalistlər mənim fikir və mövqelərimi düzgün veriblər, lakin bəzi xarici KİV mənim mülahizə və bəyanatlarımı təhrif edib", - deyə Şevardnadze bildirib.

Bu, qərb mətbuatındakı bəzi nəşrlərə aiddir və bu fikirlər Rusiya KİV-i tərəfindən Gürcüstanın hazırki prezidenti Mixail Saakaşvilinin ünvanına kəskin tənqid kimi şərh olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti