...

Azərbaycanda Dağlıq Qarabağ və demokratiya məsələləri ABŞ vitse-prezidentinin əsas müzakirə mövzuları olacaq

Siyasət Materials 30 Avqust 2008 12:27 (UTC +04:00)
Azərbaycanda Dağlıq Qarabağ və demokratiya məsələləri ABŞ vitse-prezidentinin əsas müzakirə mövzuları olacaq

Azərbaycan, Bakı, 30 avqust/ Trend , müxbir C.Babayeva/Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi, yaxın gələcəkdə seçkilər keçiriləcək Azərbaycanda demokratiya və qanunun aliliyinin möhkəmləndirilməsi üzrə ABŞ-ın səylərinin gücləndirilməsi məsələləri ABŞ vitse-prezidenti Dik Çeyninin Azərbaycanda aparacağı danışıqların başlıca mövzusu olacaq. Bu barədə Ağ Ev administrasiyasının məlumatında deyilir.

Çeyninin Azərbaycana səfəri sentyabrın 3-də onun Cənubi Qafqaz regionuna sentyabrın 2-də başlayacaq səfəri çərçivəsində baş tutacaq.

Ağ Evin məlumatında deyildiyinə görə, Gürcüstanda baş verən son hadisələrlə yanaşı, terrorizmlə mübarizə məsələləri də müzakirə ediləcək.   

"Azərbaycan təkcə terrorizmlə mübarizə üzrə əməkdaşlıq çərçivəsində mühüm tərəfdaş deyil. Əfqanıstan və İraqda Azərbaycan sülhməramlıları var. ABŞ vitse-prezidenti Azərbaycan hökumətinə göstərdiyi bu köməyə görə minnətdarlığını bildirəcək", - məlumatda qeyd olunur.

Bakıda keçiriləcək müzakirələrin daha bir mövzusu enerji məsələləri olacaq. "ABŞ Azərbaycana öz resurslarını inkişaf etdirməkdə və onları etibarlı şəkildə bazara çatdırmaqda kömək etmək istəyir. Bu təkcə ABŞ-ın deyil, həm də Avropanın bütün ölkələrinin qarşılıqlı marağına cavab verir", - məlumatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti