...

Avropa Şurasının Baş katibi Azərbaycana səfər edəcək

Siyasət Materials 1 Sentyabr 2008 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr/ Trend , müxbir R.Novruzov/ Avropa Şurasının (AŞ) Baş katibi Terri Devis dekabrda Azərbaycana səfər etməyi planlaşdırır. "Aİ-yə üzv ölkələrin mədəniyyət nazirlərinin dekabrın 2-3 - də Bakıda keçiriləcək konfransında iştirak etmək üçün Bakıya səfər etmək nəzərdə tutulur", - Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Arif Məmmədov bazar ertəsi telefonla Strasburqdan bildirib.

AŞ-nın Baş katibi Bakıya səfəri çərçivəsində Azərbaycan hakimiyyəti ilə danışıqlar aparacaq, danışıqlarda demokratik prosesləri, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti