...

Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə hər cür şərait yaradılıb – XİN rəhbəri

Siyasət Materials 2 Sentyabr 2008 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr/ Trend , müxbir L.Əbdüləzimova/ Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə hər cür şərait yaradılıb, - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı ATƏT-in Azərbaycanda prezident seçkisini müşahidə edəcək missiyasının rəhbəri Boris Firleslə görüşdə bildirib.

Nazir Azərbaycan və ATƏT-in bu istiqamətdə əməkdaşlığının vacibliyini qeyd edib.

Nazir vurğulayıb ki, demokratiya quruculuğu prosesində olan Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və demokratiya dəyərlərinə sadiq qalacaq.

Əvvəllər Gürcüstan və Ermənistanda seçkiləri müşahidə edən Firles qeyd eib ki, belə təcrübəyəsi var. O, müşahidə missiyasının funksiyaları və qarşıdakı prezident seçkisi ilə bağlı planlarını bölüşüb. Missiyanın fəaliyyətinin əsas məqsədi demokratik seçkilərin keçirilməsinə yardım etməkdir,- o bildirib. Firles qeyd edib ki, ATƏT-in müşahidəçi qrupu fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandıracaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti