...

Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti istiqamətində mühüm işlər görülüb-Azərbaycan prezidenti

Siyasət Materials 2 Sentyabr 2008 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti istiqamətində mühüm işlər görülüb və bütün mətbuat orqanları üçün bərabər şərait təmin edilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin "Qloballaşan dünyada informasiya hamı üçün" mövzusunda Bakıda keçirilən 30-cu iclasının iştirakçılarını qəbul edərkən bildirib. Prezident təşkilatın İcraiyyə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsini Azərbaycanda kütləvi informasiya vasitələrinə göstərilən diqqətin nümunəsi kimi dəyərləndirib.

"Azərbaycanla bağlı məlumatlar bəzən dünya ictimaiyyətinə düzgün çatdırılmır, ona görə də xarici ölkələrin mətbuat nümayəndələrinin səfərləri ölkədə gedən proseslərin olduğu kimi işıqlandırılması baxımından da əhəmiyyətlidir",- deyə prezident əlavə edib.

Qloballaşan dünyada informasiyanın əhəmiyyətindən danışan dövlət başçısı yeni müstəqillik qazanmış ölkələr üçün bunun daha çox əhəmiyyət daşıdığını qeyd etdi. Prezident Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar nəticəsində çoxlu işlərin görüldüyünü vurğulayıb.

Kütləvi informasiya vasitələrinin fəaliyyətində peşəkarlığın və məsuliyyətin önəmli olduğunu deyən dövlət başçısı təcrübə mübadiləsinin aparılması üçün vaxtaşırı müxtəlif tədbirlərin, o cümlədən treninqlərin təşkil edildiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti