...

AŞ PA prezidenti Azərbaycanda imzalanan son əfv fərmanını yüksək qiymətləndirdi-nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 5 Sentyabr 2008 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Maria de Puiq Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sonuncu əfv fərmanını yüksək qiymətləndirib.

"AŞPA prezidenti qurumun Bürosunun iclasında son əfv fərmanını Azərbaycan prezidentinin və hakimiyyətinin Avropa standartlarına, prinsiplərinə və Avropa Şurasının dəyərlərinə hörmətlə yanaşması səyi kimi qiymətləndirdi" - cümə günü Trend -a telefonla Parisdən AŞPA-nın vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Trend -un arayışı: Azərbaycanda indiyədək 45 əfv fərmanı imzalanıb və 4858 nəfər məhkum azadlığa buraxılıb. Sonuncu əfv fərmanı avqustun 26 - da imzalanıb və 96 nəfərə şamil olunub. Cümə günü Parisdə AŞPA Bürosunun iclası keçirilib. İclasda, əsasən, Gürcüstan-Rusiya münaqişəsi müzakirə olunub.

Seyidov qeyd edib ki, AŞPA prezidenti əfv fərmanını, eyni zamanda, Azərbaycanla Avropa Şurası arasında olan əlaqələri daha da inkişaf etdirmək səyi kimi qiymətləndirib.

" Bu, prezident seçkisi ərəfəsində və müşahidəçilərin Azərbaycana getməyə hazırlaşdığı bir dövrdə verilən çox yüksək qiymətdir və öz müsbət nəticəsini verəcək", - deyə vitse-prezident əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti