...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası imza vərəqələrini vaxtında qaytarmayan namizədlərin kassasiya şikayətinə baxmayacaq

Siyasət Materials 6 Sentyabr 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasından (MSK) götürdüyü imza vərəqələrini vaxtında qaytarmayan namizədlərin kassasiya şikayətinə baxılmayacaq.

"Qanuna görə, imza vərəqələrinin qaytarılması müddəti cümə günü saat 18:00 - da başa çatıb. Kimsə imza vərəqələrini vaxtında qaytarmayıbsa, qanunu MSK deyil, onların özləri pozub", - bu barədə şənbə günü Trend - a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

Sarıyev qeyd edib ki, 21 nəfər prezidentliyə namizədliyini irəli sürüb və MSK- dan imza vərəqələri götürüb.

"Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, "Yaşıl Siyasət" Təşəbbüs Qrupunun sədri Mais Güləliyev, şair Ağaevli Əli İsa, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli lazım olan 40 min imzanı toplayaraq MSK-ya təqdim ediblər",- deyə MSK rəsmisi əlavə edib.

Yeddi nəfər imza vərəqələrini qaytarmayıb, dörd nəfər namizədliyini geri götürüb

Sarıyevin sözlərinə görə, onlardan iki nəfərin namizədliyinə xitam verilib.

İşsiz Əlimuxtar Əkbərov isə, imza vərəqələrini MSK-ya boş qaytarıb. Namizədliyi özü tərəfindən irəli sürülmüş dörd nəfər - Teymur Quliyev, Fikrət Əhədov, Mübariz Allahverdiyev və İntiqam Məmmədov öz namizədliklərini geri götürüblər.

Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi Qüdrət İsaqov namizədliyini geri götürməsi ilə bağlı mətbuata məlumat versə də, MSK-ya rəsmi müraciət etməyib. Buna görə də onun da adı imza vərəqələrini geri qaytarmayanlar sırasındadır. İşsiz Yaşar Əhmədov, sanitar Sevinc Quliyeva, həkim Vüqar Seyidov, "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyev, işsiz Arif Əliyev, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi Əliyar Səfərli imzaları vaxtında geri qaytara bilməyiblər. Səfərli və Əliyev imzaları saat 18.00- dan sonra MSK-ya gətirdiklərindən, onların imza vərəqələri qəbul edilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti