...

Ukraynanın Baş naziri hesab edir ki, birbaşa prezident idarəçiliyinin tətbiqi Yuşşenkonun istefası ilə nəticələnəcək

Siyasət Materials 8 Sentyabr 2008 18:29 (UTC +04:00)

Ukrayna, Kiyev, 08 sentyabr/ Trend , müxbir Z.Novosvitski/Ukraynanın Baş naziri Yuliya Timoşenko hesab edir ki, birbaşa prezident idarəçiliyinin tətbiqi Yuşşenkonun dövlət rəhbəri vəzifəsindən istefası ilə nəticələnəcək. Bu barədə o, Kiyevdə mətbuat konfransında deyib.

"Yuşşenkonun birbaşa prezident idarəçiliyinin tətbiq edilməsinə dair verdiyi bəyanatlara gəlincə, məhz bu, Konstitusiyanın birbaşa pozulmasıdır və onun öz vəzifəsindən vaxtında əvvəl istefasına yol açır", - Timoşenko bildirib.

Baş nazir hadisələrin güc yolu ilə inkişafını ehtimal etmir. "Belə hoqqalar Ukraynada keçməz. Bu, əvvəlki prezidentin vaxtında da keçməyib. Qarşılıqlı anlaşma və konsensus axtarmaq lazımdır", - o hesab edir.

Xəbər lenti

Xəbər lenti