...

Fransa prezidenti yazılı surətdə təsdiq edib ki, qaçqınlar doğma evlərinə qayıdacaqlar - Mixail Saakaşvili

Siyasət Materials 9 Sentyabr 2008 12:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Fransa prezidenti yazılı surətdə təsdiq edib ki, bütün qaçqınların daimi yaşayış yerlərinə qayıtmasını dəstəkləyir, - Gürcüstanın prezidenti Mixail Saakaşvili Aİ-də sədrlik edən fransalı həmkarı Nikolya Sarkozi ilə danışıqların yekunlarını şərh edərkən deyib.

Danışıqlar bu gecə iki saat ərzində Gürcüstan prezidentinin Avlabaridəki iqamətgahında davam edib. Danışıqlarda Avropa Komissiyasının sədri Joze Migel Barozu və təhlükəsizlik məsələləri üzrə Ali komissar Havyer Solana da iştirak ediblər.

"Məni 1992-ci ildən öz evlərini tərk etmiş qaçqınların Avropa İttifaqı müşahidəçilərinin zəmanəti altında geriyə qayıdacaqları haqqında əmin ediblər", - bildirən Saakaşvili Abxaziya və Cənubi Osetiyadan qovulmuş qaçqınların təxminən 500 000 nəfər olmasını qeyd edib.

Gürcüstan prezidenti bəyan edib ki, indi münaqişə zonalarında beynəlxalq müşahidəçilər gəldikdən sonra reallaşacaq planın həyata keçirilməsinə başlanılır. Onların Abxaziya və Cənubi Osetiyaya gəlməsi prezident Sarkozi və onun rusiyalı həmkarı Dmitri Medvedyev arasında imzalanmış razılıqda nəzərdə tutulub.

"Lakin bu ciddi və çox zəhmət tələb edən işdir. Biz səbrli olmalıyıq, bizim çox sayda qaçqınlarımız var, lakin biz müstəqilliyin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində bu çətin yolla getməliyik", - Saakaşvili bildirib.   

Xəbər lenti

Xəbər lenti