Gürcüstan, Tbilisi, 09 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Çərşənbə axşamı müxalifət partiyası "Yeni sağçılar"Gürcüstan prezidenti Mixail Saakaşvilinin istefasını, ölkədə yeni prezident və parlament seçkilərinin təyin edilməsini tələb edib. "Gürcüstanın hazırkı ağır vəziyyəti prezident Saakaşvilinin Tsxinvalini bombalamaq və hücum etmək barədə təkbaşına qəbul etdiyi qərarın nəticəsidir", - Tbilisidə brifinqdə partiyanın lideri David Qamkrelidze bəyan edib.
Bununla da o, gürcü-rus münaqişəsinin təşəkkülündə təqsirləndirdiyi hakimiyyətin tənqid edilməsinə qoyulmuş moratoriumu pozub.
"Tsxinvalidəki müharibə Gürcüstan üçün hazırlanmış və prezidentin ABŞ, Avropa və gürcü ictimaiyətinin xəbərdar etdiyi tələ idi. Lakin Saakaşvili ağıllı sözə qulaq asmadı və Tsxinvalinin bombalanması barədə təkbaşına məsuliyyətsiz qərar qəbul etdi ki, nəticədə, biz də nəzarət etdiyimiz əraziləri itirdik", - Qamkrelidze bildirib.
"Mən dəqiq bilirəm ki, bu bəyanatdan sonra "Yeni sağçıları"hakimiyyətin nəzarət etdiyi kütləvi informasiya vasitələri düşmən elan edəcək, lakin həqiqət hər şeydən üstündür və biz bu yükü daşımağa hazırıq", - o qeyd edib.
Yaxın vaxtlarda bu müxalifət partiyası ölkədəki vəziyyətlə bağlı təhlilini dərc etdirəcək. Partiya yaranmış vəziyətdə hərəkt etmək üzrə vahid planın işlənilməsi ilə bağlı digər müxalifət partiyaları ilə bu gündən məsləhətləşmələrə başlayır.
Qamkrelidze hesab edir ki, bu münaqişə Gürcüstanı NATO-ya qəbuluna yaxınlaşdırmayıb, əksinə, ondan uzaqlaşdırıb. "Aydın deyil ki, bizi ora hansı sərhədlər daxilində qəbul edəcəklər", - o qeyd edib.
"Yeni sağçılar"ın lideri söz verib ki, prezident seçiləcəyi təqdirdə, Gürcüstanın ərazi bütövlüyünü müstəsna olaraq sülh yolu ilə bərpa etməyə çalışacaq.