...

Ərdoğan terrora qarşı mübarizəni gücləndirmək məqsədilə hökumətin geniş tərkibdə iclasını çağıracaq

Siyasət Materials 10 Sentyabr 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend / Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan ölkədə terrora qarşı mübarizəni gücləndirmək üçün sentyabrın 11-də hökumətin geniş tərkibdə iclasını çağırmaq qərarı verib. Bu haqda Türkiyənin "Cihan" inforiamsiya agentliyi məlumat verib.

Cümə axşamı keçiriləcək hökumətin iclasında Türkiyə Ordusu Baş Qərargah rəisi, ordu generalı İlker Başbuğ, ordu komandanları, əlaqədar nazirliklərin, təhlükəsizlik və Daxili İşlər Nazirliyinin rəhbərləri iştirak edəcək. İclasın cağırılması son günlərdə Türkiyədə terrorçu hücumlarının sayının artması ilə bağlıdır. Hökumətin iclasında terrorla mübarizənin sosial-mədəni və maliyyə məsələləri haqqında qərar çıxarılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti