...

Avropa İttifaqı Qafqazda enerji təhlükəsizliyinə böyük əhəmiyyət verir – Avropa Komissiyasının prezidenti

Siyasət Materials 10 Sentyabr 2008 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir R. Novruzov/ Gürcüstandakı vəziyyət göstərib ki, enerji ehtiyatlarının təhlükəsizliyinin hazırlanması ilə daha sıx məşğul olmaq lazımdır, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun sentyabrın 9-10-da Bakıda keçirilən, Azərbaycan və Türkmənistanın neft-qaz potensialına həsr olunmuş konfrans iştirakçılarına ünvanladığı məktubunda bildirilir.

"Azərbaycan və Türkmənistan Aİ üçün qiymətli tərəfdaşdırlar", - Barrozo qeyd edib. "Aİ enerji daşıyıcılarının təhlükəsizliyinin təmin edilməsi planında vəziyyətin ciddiliyini dərk edir və regionda sabitlik kimi, enerji təhlükəsizliyi və diverfisikasiyanın artırılması üzrə səylərini də davam etdirəcək", - Barrozo vurğulayıb.

Barrozonun sözlərinə görə, Aİ "NABUKKO" layihəsi də daxil olmaqla, regionda "Cənub dəhlizi"nin yaradılmasına istiqamətində çalışacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti