...

ABŞ Türkiyənin Qafqazda sülh təşəbbüslərini dəstəkləyir - ABŞ Dövlət katibi

Siyasət Materials 11 Sentyabr 2008 15:20 (UTC +04:00)
ABŞ Türkiyənin Qafqazda sülh təşəbbüslərini dəstəkləyir - ABŞ Dövlət katibi

Azərbaycan, Bakı, 11 sentyabr / Trend / ABŞ Dövlət katibi Kondaliza Raysla telefon danışığında Türkiyənin XİN rəsmisi Əli Babacan Qafqazda baş vermiş son hadisələri müzakirə edib. Bu haqda CNN Türk kanalı məlumat verib.

Rays Qarabağ məsələsinin həllində Türkiyənin təşəbbüs və cəhdlərinin ABŞ tərəfindən dəstəkləndiyini bildirib.

ABŞ Dövlət katibi ilə telefon danışığı zamanı Türkiyə XİN rəsmisi Babacan həmçinin ona Ermənistan səfəri haqqında məlumat verib.

Babacan Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Türkiyə-Ermənisitan münasibətlərinə də müsbət təsir göstərə biləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti