Gürcüstan, Tbilisi, 12 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqının müşahidəçi missiyası çərçivəsində Almaniyadan Gürcüstana 40 hərbçi göndəriləcək. Bu barədə jurnalistlərə ölkənin xarici işlər naziri Eka Tkeşelaşvili deyib.
Onun sözlərinə görə, bu məlumatı Almaniyanın kansleri Angela Merkel bəyan edib. Merkel Gürcüstana hərbçilərin ezam edilməsinə hazır olduqlarını çoxdan bildirib, - Tkeşelaşvili bildirib.
Nazirin sözlərinə görə, "insan resursları sarıdan" problem olmayacaq. Onun bəyan etdiyinə görə, Aİ-nin 27 ölkəsi Gürcüstana tezliklə missiyanın göndərilməsi barədə qərar qəbul edib.
"Aİ-nin oktyabrın 1-dək Gürcüstana 200 müşahidəçini göndərməyə hazır olması sübut edir ki, Aİ Gürcüstana yardım göstərmək nöqteyi-nəzərdən böyük maraq göstərir", - Tkeşelaşvili qeyd edib.