...

Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir – NATO-nun Baş katibi

Siyasət Materials 12 Sentyabr 2008 11:38 (UTC +04:00)
Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir – NATO-nun Baş katibi

Gürcüstan, Tbilisi, 12 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ NATO-nun Baş katibi Rusiyanı bütün beynəlxalq razılışmaları, o cümlədən Rusiya prezidenti Dmitri Medvedyevin imzaladığı atəşkəs sənədini pozmaqda təqsirləndirib.

"Abxaziya və Cənubi Osetiya münaqişələrinin tənzimlənməsi üzrə danışıqları davam etdirmək və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bu regionların gələcək statusu barədə dialoq aparmaq əvəzinə, Rusiya bu regionların tanınması barədə qeyri-qanuni qərar qəbul edib", - Gürcüstanın "Rustavi-2" telekanalına müsahibəsində Yap de Hoop Sheffer bildirib.

Sheffer müsahibəni, sentyabrın 15-də Tbilisidə NATO Baş katibinin sədrliyi ilə keçiriləcək Şimali Atlantika Şurasının səyyar iclasının keçirilməsi ilə əlaqədar verib.

Xəbər lenti

Xəbər lenti