Gürcüstan, Tbilisi, 13 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Bu gün səhər üç silahlı şəxs Tbilisinin Nadzaladevi rayonunda yerləşən "Gürcüstan Bankı"nın Tbilisi filialını qarət edib. Qeyri-rəsmi məlumatlara görə, qarətçilər bankdan 10 min dollar və 18 min lari aparıblar.
Hücum zamanı atışma olmayıb.
Bank rəsmi açıqlama verməyib. Faktla bağlı istintaq gedir.