...

NATO-nun Baş katibi Tbilisiyə gəlib

Siyasət Materials 15 Sentyabr 2008 15:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ NATO -nun Baş katibi Yaap de Hoop Sxeffer bazar ertəsi Tbilisiyə gəlib. Presedentsiz təhlükəsizlik tədbirlərinin görüldüyü Tbilisi beynəlxalq hava limanında Baş katibi Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili və Baş nazirin müavini, avrointeqrasiya üzrə dövlət naziri Giorgi Baramidze qarşılayıb.

Hava limanından şərhlər verilməyib. Sxeffer birbaşa Tbilisinin 150 - dən çox gürcü və əcnəbi KİV, o cümlədən üç Rusiya KİV nümayəndələrinin toplaşdığı "Kortiard Mgrriott" mehmanxanasına yola düşüb. NATO Şurasının iclası 15.35 - də başlayacaq, 17.00 - da başa çatacaq. İclası Gürcüstan prezidenti Mixail Saakaşvili və NATO Baş katibinin təbrik sözləri ilə açacaqlar. Bu gün saat 17.35 - də NATO - Gürcüstan komissiyasının rəsmiləşdirilməsi baş tutacaq.

Sxeffer saat 18.00 - da Gürcüstanın Baş naziri Vladimir Qurgenidze ilə görüşəcək. NATO Baş katibi Gürcüstan prezidenti ilə sabah görüşəcək. Gürcü tərəfi bu səfəri və NATO Şurasının Tbilisidəki iclasını tarixi hesab edir; Rusiyanın Gürcüstana qarşı təcavüzü və Moskvanın "gürcü tərəfi onu Gürcüstanın mövqeyinin birmənalı şəkildə dəstəklənməsi kimi qiymətləndirdiyindən," bu tədbir Tbilisidə belə görüşün keçirilməməsinə dair açıq çağırış fonunda baş tutacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti