Gürcüstan, Tiflis. 17 sentyabr. / Trend , müxbir N.Kirsxalia / Gürcü-rusiya münaqişəsi nəticəsində qaçkın olan bütün insanlar evlərinə qaytarılmalıdır. Bu barədə NATO-nun baş katibi Yap de Xoop Sxeffer Tiflisdə keçirdiyi mətbuat konfransında bəyan edib.
"Biz bu gün Qorişəhərinə səfər etdik və "münaqişənin nəticələrini" sehr etdik. Bütün bu "nəticələr" tezliklə aradan qaldırılmalıdır, qaçkınlar evlərinə qayıtmalıdı", Sxeffer dedi.
O qeyd etdi ki, "Bu münaqişə siyasi xarakter daşıdığı üçün, o Aİ diqqət mərkəzindədir. NATO prezident Sarkozinin iştirakilə hazırlanmış sülh təşəbbüslərini dəstəkləyir".
Brifinqdə iştirak edən Gürcüstan prezidenti Mixail Saakaşvili vurğuladı ki, "biz avropadan böyük dəstək aldığ və Sarkozinin müdaxiləsi təcəvüzün qarşısını almaqda həlledici faktor oldu".
Saakaşvili qeyd etdi ki, Gürcüstan atəşkəs rejiminə riayyət etməsini tələb edir, o cümlədən 7 avqust tarixinə möcud olan status kvonu bərpa etmək. "Abxaziya və Cənubi Osetiyada hərəsində 500 rusiya əskəri qala bilər qaçkınlar evlərinə qayıtmalıdı, Tiflis öz ərazilərinə nəzarəti yenidən əldə etməlidir", o tələb etdi.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]