...

Abdullah Gülün Ermənistan səfəri doğru addımdır - Türkiyənin eks-prezidenti

Siyasət Materials 18 Sentyabr 2008 11:53 (UTC +04:00)

Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl prezident Abdullah Gülün Ermənistana səfərinin düzgün addım olduğunu bildirib. Bu haqda CNN Türk məlumat verib. Antalyada mətbuat nümayəndələrinin suallarını cavablandıran Dəmirəl, Gülün Ermənistan səfərinin ciddi dəlillərə və faktlara əsaslandığını bildirib.

"Dövlət ciddi qurumdur. Dövlətin atdığı addımlar müəyən məlumatlara əsaslanır", - deyə Türkiyənin keçmiş prezidenti bildirib. Gülün Ermənistan səfərinin doğru addım olduğunun bildirən Dəmirəl düşmənçilik siyasətinin sonunun olmadığını da əlavə edib. "Məndən soruşa bilərsiniz ki, Türkiyə prezidentinin Ermənistan səfəri doğru, yoxsa səhv addımdır. Əgər dünyada bu addım müsbət qarşılanıbsa, deməli doğru addımdır. Siyasəti düşmənçilik üzərində qurmaq olmaz", - deyə Dəmirəl bildirib.

Xəbər lenti

Xəbər lenti