...

Azərbaycanın müxalifət partiyası koalisiyaya qoşulmaq üçün yeni şərt irəli sürüb

Siyasət Materials 19 Sentyabr 2008 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Demokrat Partiyası prezident seçkisini boykot edən partiyaların koalisiyasına qoşulmaq üçün yeni şərt irəli sürüb.

"Müsavat Partiyası parlamentdəki deputatlarını geri çağırsın və biz də müxalifətin koalisiyasına qoşulmamaqla bağlı mövqeyimizə yenidən baxaq", cümə günü Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Bir qrup müxalifət partiyası seçkini boykot edir. Seçkini boykot edən Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev prezident seçkisi ilə bağlı birgə bəyanat imzalayıblar.

ADP sənədə qoşulmaqdan imtina edib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, ADP koalisiyaya qoşulsa, müxalifətin yeni blokunu yaratmaq mümkün olar.

Müsavat Partiyası parlamentdə dörd deputatla təmsil olunur.

Cəlaloğlu qeyd edib ki, Müsavat Partiyasının irəli sürdüyü şərt əməkdaşlıqdan imtina etmək kimi qiymətləndirilməlidir.

"Belə birliklər bizə nə qədər lazımdırsa, tərəf müqabillərimiz üçün də bir o qədər vacibdir", - Cəlaloğlu əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti