Azərbaycan, Bakı, 19 sentyabr/ Trend , müxbir C.Babayeva/ MBD ölkələrinin sərhədyanı problemləri Aİ çərçivəsində həll olunacaq. "MDB Sərhəd Qoşunları Komandanları Şurası (SQKŞ) və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyət haqqında memorandum imzalanacaq. Bu saziş sərhədyanı problemləri yalnız MDB deyil, Aİ çərçivəsində də həll etməyə imkan verəcək", - MDB SQKŞ Koordinasiya Xidmətinin rəhbəri general - polkovnik Aleksandr Manilov cümə günü Bakıda bildirib.
Onun sözlərinə görə, bütün razılaşdırma mərhələləri başa çatdırılıb. "Ümid edirik ki, saziş ilin sonuna imzalanacaq", - Manilov bildirib.
Bakıda MDB Sərhədyanı Qoşunları Komandanları Şurasının altmışıncı iclası keçirilib. İclasda MDB - yə üzv dövlətlərin (Gürcüstan istisna olmaqla) 11 sərhəd idarəsinin, qarşılıqlı fəaliyyət göstərən orqanların (MDB İcraiyyə Komitəsi, MDB ATM (Antiterror Mərkəzi) və AvrAsiya İƏ) nümayəndələri iştirak ediblər.
Komandanlar Şurasının üzvləri 24 məsələni nəzərdən keçiriblər. Əsas diqqət 2007-2010 - cu illərdə MDB-yə üzv dövlətlərin sərhədyanı siyasətlərinin razılaşdırılması Konsepsiyasının realizəsi üzrə Tədbirlər Planı çərçivəsində, təşkilata üzv dövlətlərin xarici sərhədlərində sərhədyanı təhlükəsizliyin təmin edilməsinin əməli vəzifələrinin həllinə yönəldilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:- [email protected]