...

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının Kralını ölkənin milli bayramı münasibəti ilə təbrik edib

Siyasət Materials 22 Sentyabr 2008 23:53 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah Bin Əbdüləziz əl Səuda ölkənin milli bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.

їƏziz qardaşım, ölkənizin milli bayramı ї Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyikї ї deyə ölkə başçısının məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti