Türkiyədə Ergenekon terror təşkilatı ilə bağlı əməliyyatlar davam edir. Bu gün səhər saatlarında Respublika Baş Prokurorluğunun göstərişilə İstanbulda və Ankarada həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ergenekon terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 5 nəfər həbs olunub.
Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib. Həbs olunanlar arasında Türkiyənin tanınmış jurnalisti Tuncay Özkanın da olduğu bildirilir.