...

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 27 Sentyabr 2008 14:44 (UTC +04:00)

Азярбаycan, Bakı, 27 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı təbrik edib.

Təbrikdə qeyd olunub ki, ilahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.


"Orucluğun sınaqlarından alnıaçıq çıxan mömin vətəndaşlarımız Ramazan günlərini qürur hissləri ilə yola salır, məmnunluqla bayram sevincini bölüşürlər. Hər yerdə xalqımızın və dövlətimizin firavanlığı, rifahı üçün diləklər edilir, şəhidlərimizin ruhuna dualar oxunur. Bütün bu xeyirxah niyyətlərə qoşularaq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsini böyük ehtiramla yad edir, Allahdan onlara rəhmət, ailələrinə səbir diləyirəm" - prezidentin təbrikində qeyd olunub.


Daha sonra vurğulanır ki, hər il Azərbaycanda böyük fərəh və könül xoşluğuyla keçirilən orucluq mərasimləri xalqımızın öz milli-mənəvi dəyərlərinə sadiqliyini nümayiş etdirir, cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti