...

Ermənistan əhalisinin əksəriyyəti Türkiyəni düşmən ölkə kimi görür

Siyasət Materials 2 Oktyabr 2008 16:19 (UTC +04:00)

Ermənistanda aparılan ictimai sorğunun nəticələrinə görə, əhalinin 64 % - i Türkiyəni düşmən ölkə kimi görür. Bu barədə Türkiyənin "Timetürk" informasiya agentliyi məlumat verib.

Sorğuda iştirak edənlərin 76 % - i Türkiyə ilə münasibətlərin normallaşmasının ancaq Ermənistanın tələblərinin yerinə yetirilməsindən sonra mümkünlüyünü bildirib. Iştirakçıların 33 % - i Türkiyə ilə münasibətlərin düzəlməsini mümkün hesab etmədiyini,. 43 % -i isə, buna şübhə ilə yanaşdığını bildirib. Ermənilərin ancaq 24 % - i Türkiyə ilə əlaqələrin düzəlməsini mümkün hesab edir. Sorğu Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzi tərəfindən aparılıb.

Xəbər lenti

Xəbər lenti