...

Avropa Azərbaycanlıları Konqresi Avropada yaşayan soydaşlarımızı prezident seçkisində fəal iştiraka çağırıb

Siyasət Materials 2 Oktyabr 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Avropa Azərbaycanlıları Konqresi (AAK) bütün üzv təşkilatları Avropada yaşayan Azərbaycan vətəndaşlarını prezident seçkisində fəal iştiraka çağırıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin cümə axşamı yaydığı məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin 2008 - ci il oktyabrın 15 - də Azərbaycanda keçiriləcək prezidenti seçkisi ilə əlaqədar bəyanatında qeyd olunub ki, Azərbaycandakı ictimai - siyasi proseslərə ciddi təsir imkanlarına malik bu seçki Avropada yaşayan bütün azərbaycanlılar üçün də böyük əhəmiyyət kəsb edir.

Trend - un arayışı: 2004 - cü ildə təsis edilmiş və öz ətrafında Avropa ölkələrində fəaliyyət göstərən 60 - dan çox Azərbaycan diaspor təşkilatını birləşdirən AAK təşviqat işinin təşkilində də fəal iştirak etməyi planlaşdırır. AAK - a üzv təşkilatlar Avropa ölkələrində yaşayan Azərbaycan vətəndaşlarının səfirlik və konsulluqlarda təşkil olunmuş seçki məntəqələrinə gələrək, səsvermə prosesində iştirakını təmin etmək üçün tədbirlər görməyi planlaşdırır. Təşkilatın əsas məqsədlərindən biri soydaşlarımızın Azərbaycanda gedən ictimai - siyasi proseslərə fəal şəkildə qoşulmasını təmin etməkdən ibarətdir.

Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Sənəddə AAK Avropa ölkələrində yaşayan bütün Azərbaycan vətəndaşlarına müraciət edərək, onları İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti