...

İran uranı qanuni şəkildə əldə etməyənədək, uranın zənginləşdirilməsi dayandırmayacaq – İranın MAQATE - dəki nümayəndəsi

Siyasət Materials 2 Oktyabr 2008 17:41 (UTC +04:00)

İran uran yanacağını qanuni şəkildə əldə etməyənədək , uranı zənginləşdirməyə davam edəcək . "İran üçün lazım olan uranın təmin olunmasına zəmanət verilməsə və beynəlxalq vasitələr qanuni şəkildə İranın ixtiyarına verilməsə, İran uranı zənginləşdirmə proqramını davam etdirəcək" - deyə İranın Birləşmiş Millətlər Təşkilatının (BMT) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindəki (MAQATE) nümayəndəsi Əli Əsğər Sultaniyyə cümə axşamı Vyanada jurnalistlərə bildirib.

Sultaniyyə beynəlxalq vasitələr İranın ixtiyarına verilsə, İran uranın zənginləşdirilməsi proqramını dayandıracaqmı? - sualının cavabında bildirib ki, əvvəl bu vasitələrin İrana veriləcəyi məsələsi araşdırılmalıdır.

O əlavə edib ki, bizə kağız üzərində əldə olunmuş vasitələr gərək deyil, amma bu, ilk addım ola bilər. Bu vasitələrin nə dərəcədə işləyəcəyini sonra görəcəyik. - deyə Sultaniyyə bildirib.

Xəbər lenti

Xəbər lenti