...

Azərbaycan parlamenti xarici vətəndaşların ölkədə işləməsini məhdudlaşdırıb

Siyasət Materials 2 Oktyabr 2008 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti xarici vətəndaşların ölkədə işləməsini məhdudlaşdıran "Əmək Məcəlləsinə əlavələr edilməsi haqqında" qanun layihəsini qəbul edib.

"Dəyişikliyə görə, işə götürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri işə götürmək üçün fərdi şəkildə icazə almalıdırlar" - bu barədə parlamentin cümə axşamı keçirilən iclasında Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib.

Trend - un arayışı: Dəyişiklikdən əvvəl Azərbaycanda xarici vətəndaşlar işlə təmin olunmaq üçün heç bir icazə almırdılar. Parlament Əmək Məcəlləsinin bununla bağlı maddəsinə dəyişiklik edib.

Deputat Qənirə Paşayeva bildirib ki, Qanunun bu tələbini pozan azərbaycanlı iş adamlarına qarşı sərt tədbirlərin görülməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir.

"Çin və digər ölkələrdən Azərbaycana işçi axını var. Onlar uçuz işçi qüvvələridir və azərbaycanlı iş adamları bölgələrdə belə işçi qüvvələrinin əməyindən istifadə edirlər. Bunun qarşısı alınmalıdır" - Paşayeva əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti