Fransa, Strasburq , 03 oktyabr/ Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) gürçü-osetin münaqişəsi ilə bağlı cümə axşamı qətnamə qəbul edib. Sənədin müzakirəsi zamanı Rusiya tərəfinin təqdim etdiyi əlavə və düzəlişlər qəbul edilməyib. Gizli səsvermə zamanı 92 parlamentari qətnamənin lehinə, 24-ü isə əleyhinə səs verib.
Qətnamədə bildirilir ki,həm Gürcüstan, həm Rusiya Avropa Şurasının prinsip və dəyərlərini, həmçinin münaqişəni sülh yolu ilə həll etmək öhdəliklərini pozublar. Hər iki tərəf insan haqlarının pozulmasına görə eyni dərəcədə məsuliyyət daşıyır.
Sənəddə AŞPA, gürcü-osetin münaqişəsi zamanı baş verən hadisələri hərbi cinayət kimi qiymətləndirərək beynəlxalq istintaqın keçirilməsini tələb edib.
Bundan başqa, AŞPA Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsinə yenidən qayıtmağa çağırıb, Həmçinin, qurum Rusiyanı Avropa İttifaqı və ATƏT-in müşahidəçilərinin hər iki əraziyə səfərlərini təmin etməyə çağırıb.
Məqalə müəllifi ilə əlaqə telefonu: [email protected]