...

Azərbaycanın daxili işlər naziri prezident seçkisi ilə bağlı polisin üzərinə düşən vəzifələrin həyata keçirildiyini bildirib

Siyasət Materials 9 Oktyabr 2008 17:57 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri prezident seçkisi ilə bağlı polisin üzərinə düşən vəzifələrin həyata keçirildiyini bildirib

Azərbaycan, Bakı, 09 oktyabr / , müxbir K. Zərbalıyeva/ Azərbaycanın daxili işlər naziri bildirib ki, ölkədə keçiriləcək prezident seçkisi ilə bağlı polisin üzərinə düşən vəzifələrə dair bütün zəruri tədbirlər görülüb və müvafiq tədbir planı hazırlanıb.

їBu günə qədər namizədlər və onların vəkilləri tərəfindən paytaxtda və bölgələrdə 139 müxtəlif tədbir keçirilib, bu zaman ictimai asayişin hər hansı şəkildə pozulması hallarına yol verilməyibї - cümə axşamı daxili işlər naziri Ramil Usubov Müstəqil Dövlətlər Birliyi Müşahidə Missiyasının Bakıdakı qərargahının rəhbəri Yevgeni Sloboda və qərərgahın üzvü Vasili Astreyko ilə görüşündə deyib.

Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Prezident seçkisinə hazırlığın monitorinqini aparan qərərgahın rəhbəri Sloboda bildirib ki, görülmüş tədbirlər Azərbaycanda tam azad, şəffaf və demokratik seçki keçirilməsi üçün hər cür şəraitin yaradıldığını deməyə əsas verir.

Görüşdə prezident seçkisinə hazırlıqla əlaqədar görülən işlər, o cümlədən polis əməkdaşlarının maarifləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlarla birgə keçirilən seminar və treninqlər, qarşıda duran vəzifələr barədə söhbət aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti